USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan və Türkiyə XİN rəhbərlərinin görüşü başlayıb - YENİLƏNDİ

31.07.2023 Siyasət
17 11
Xarici işlər naziri Ceyhun Bayramov və Hakan Fidan arasında nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüşü başlayıb.

Kommersant.az xəbər verir ki, görüş çərçivəsində Azərbaycanla Türkiyə arasında çoxşaxəli əməkdaşlıq gündəliyində duran məsələlərin müzakirəsi nəzərdə tutulur.

***

13:23

Ankarada səfərdə olan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun türkiyəli həmkarı Hakan Fidanla görüşü başlayıb.

Kommersant.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-dən bildirilib.

Hakan Fidan Ceyhun Bayramovu səmimiyyətlə salamlayıb.