USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Surət Hüseynov ölməyib, reanimasiyadadır - YENİLƏNDİ

31.07.2023 Siyasət
21 12
Sürət Hüseynov komaya düşüb.

Bu barədə Qaynarinfo-ya sabiq baş nazirin yaxınları məlumat verib.

Həkimlər əvvəlcə onun öldüyünü zənn ediblər. Lakin sonradan məlum olub ki, o komadadır. Yaxınları Sürət Hüseynovun hazırda reanimasiyada olduğunu bildirirlər.

***

13:46

Azərbaycanın sabiq baş naziri Surət Hüseynov vəfat edib.

Kommersant.az xəbər verir ki, bu barədə Gununsesi.info-ya Surət Hüseynovun yaxınları bildirib.

Məlumata görə, Moskvadan İstanbula gələn Surət Hüseynov təyyarə eniş edən zaman ürəktutmasından vəfat edib.

Qeyd edək ki, Azərbaycanda “qiyamçı polkovnik” kimi tanınan Surət Hüseynov AXC-Müsavat hakimiyyətinin devrilməsində əsas füqur olub.

Heydər Əliyev hakimiyyəti dövründə baş nazir postunu tutan Hüseynov sonra ömürlük məhkum edilib.

İlham Əliyev prezident seçildikdən sonra onu əfv sərəncamı ilə azadlığa buraxıb.