Rusiya prezidenti Vladimir Putin hökumətlərarası sazişlər çərçivəsində Rusiya şirkətlərinin ixracına görə ödənişlərin Rusiyadan kənar banklarda qalmasına icazə verən qərarı təsdiqləyib.
Putinin imzaladığı qərara əsasən, Rusiya şirkətləri hökumətlərarası müqavilələr çərçivəsində ixrac etdikləri məhsullara görə etdikləri bütün ödənişləri xaricdəki banklarda saxlaya biləcək.
Rusiyada 2022-ci ilin mart ayında ixracatçı şirkətlər xarici valyuta gəlirlərinin 80 faizini satmağa borclu idilər, bundan sonra Rusiya banklarında saxlanılan valyuta gəlirləri üçün məzənnə tədricən sıfıra endirilib.
Rusiya şirkətləri hökumətlərarası sazişlər çərçivəsində xaricə əhəmiyyətli miqdarda neft və təbii qaz ixrac edir.