Xəbər verdiyimiz kimi, bir neçə saat əvvəl Tərtər rayon İcra Hakimiyyətində xüsusi əməliyyat tədiri keçirilib.
Kommersant.az Globalinfo.az-a istinadən xəbər verir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı Tərtər Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin müdiri – baş memar Tofiq Ənvər oğlu Kərimov tutulub. 1 saata yaxın davam edən əməliyyat zamanı Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən ötən 5 il ərzində keçirilən tenderlərə aid sənədlər götürülüb. Başına qara torba keçirilən Tofiq Kərimovun Bakıya gətirildiyi bildirilir.
Qeyd olunur ki, əməliyyat keçirilən zaman başçı məzuniyyətdə olub. Belə xəbər var ki, başçı Müstəqim Məmmədov 2 gün əvvəl məzuniyyətə çıxıb və xarici ölkələrdən birinə istirahətə gedib. Müstəqim Məmmədovun da istintaqa cəlb ediləcəyi xəbəri var.