Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) dünyanın ən məşhur turistik məkanlarından biri olan Venesiya şəhərinin Təhlükədə olan Ümumdünya İrs Siyahısına daxil edilməsini təklif edib.
YUNESKO-nun Məşvərət Şurası tərəfindən təqdim edilən qətnamə layihəsində İtaliya hökuməti Ümumdünya İrs Komitəsinin sentyabrın 10-25-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilməsi nəzərdə tutulan 45-ci genişləndirilmiş iclasından əvvəl çağırılıb.
21 ölkənin nümayəndələrindən ibarət Komitə ildə bir dəfə toplanır və “Təhlükədə olan Ümumdünya İrs Siyahısı”na yenidən baxır.
Layihədə İtaliya hökumətindən illərdir turist sıxlığının və iqlim dəyişikliyinin təsirləri ilə mübarizə aparan Venesiyada "uzun müddətdir davam edən problemlərin" həllinə "maksimum fədakarlıq" göstərməyə çağırılıb.