USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

BRİKS-in genişlənməsi: nüanslar var

01.08.2023 Siyasət
30 26
Dmitri Peskov jurnalistlərin xahişi ilə Bloomberg agentliyinin mənbələrə istinadən Braziliya və Hindistanın Çinin BRİKS-i sürətlə genişləndirmək çağırışlarına qarşı olduğunu bildirən açıqlamasını şərh edib.

Kommersant.az xəbər verir ki, Rusiya Federasiyası Prezidentinin mətbuat katibi assosiasiyanın genişləndirilməsi mövzusunun “gündəmdə əsas yer tutduğunu” təsdiqləyib.

O qeyd edib ki, bu, çox vacib mövzudur, çünki getdikcə daha çox ölkə qrupa qoşulmaq niyyətlərini bəyan edir.

Eyni zamanda, onun sözlərinə görə, BRİKS çərçivəsində üzvlər arasında genişlənmə mövzusunda müəyyən nüanslar var.