USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İsveçin İzmir konsulluğuna silahlı basqın olub

02.08.2023 Siyasət
3 20
İsveçin İzmirdəki konsulluğuna silahlı hücum nəticəsində Türkiyə konsulluğunun əməkdaşı ağır yaralanıb. Hücum edən şəxsin Suriya vətəndaşı olduğu və hücumu viza prosedurlarına görə həyata keçirdiyi bildirilir.

İzmirin Konak şəhərindəki İsveç konsulluğuna silahlı basqın edilib. Hücumun Suriya vətəndaşı qadın tərəfindən həyata keçirildiyi bildirilib.

Hücumla bağlı İzmir Qubernatorluğundan verilən açıqlama belə olub:

“Şəhərimizin Konak rayonunda 01.08.2023-cü il tarixində saat 12.45 radələrində əqli qüsurlu Z.Ö. adlı şəxsin silahlı hücumu nəticəsində E.T. adlı vətəndaşımız xəsarət alıb, yaralı Tepecik Təhsil və Araşdırma Xəstəxanasına yerləşdirilib. Hadisəni törədən şəxs cinayət aləti ilə birlikdə saxlanılıb və məhkəmə istintaqına başlanılıb.