USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Çin casusluqla mübarizə üçün “milli səfərbərliyə” çağırır

02.08.2023 Siyasət
16 14
Çin Dövlət Təhlükəsizliyi Nazirliyi “milli səfərbərliyə” çağırıb və bəyan edib ki, hökumətin anti-casusluq işinə əhalinin bütün təbəqələri cəlb edilməlidir.

Çin Kommunist Partiyasının (ÇKP) media orqanı olan “Global Times”ın xəbərinə görə, Çin Dövlət Təhlükəsizlik Nazirliyinin rəsmi WeChat hesabından casusluqla mübarizə ilə bağlı açıqlama verilib.

Bəyanatda cəmiyyətin bütün təbəqələrinin casusluğa qarşı mübarizəyə töhfə vermək üçün səfərbər olunmasının vacibliyinə diqqət çəkilib.

Bəyanatda bütün dövlət orqanlarını və ictimaiyyəti milli təhlükəsizliyi gücləndirmək üçün “casusluğa qarşı müxtəlif təhlükəsizlik tədbirləri həyata keçirməyə” çağırır.

Milli təhlükəsizlik qurumlarının casusluq hesabatlarını əldə etmək üçün əlaqələrini ictimaiyyətə açıqlaması lazım olduğu bildirilən məlumatda “həssas məlumatları bildirənlərin məxfiliyinin təmin edilməsi”nə də diqqət çəkilib.

Çinin yenilənmiş anti-casusluq qanununda “Bütün dövlət orqanları, silahlı qüvvələr, siyasi partiyalar, ictimaiyyət, biznes və digər ictimai təşkilatlar casusluq fəaliyyətinin qarşısını almağa və dayandırmağa və milli təhlükəsizliyi qorumağa borcludur”, - deyə bildirilir.

Çin Dövlət Təhlükəsizliyi Nazirliyi ölkənin kəşfiyyat bölmələrinin bağlı olduğu bölmə kimi tanınır.