USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Putin güzəştə getdi

02.08.2023 Siyasət
14 9
Rusiya prezidenti Vladimir Putin hökumətlərarası sazişlər çərçivəsində Rusiya şirkətlərinin ixracına görə ödənişlərin Rusiyadan kənar banklarda qalmasına icazə verən qərarı təsdiqləyib.

Kommersant.az xəbər verir ki, Putinin imzaladığı qərara əsasən, Rusiya şirkətləri hökumətlərarası müqavilələr çərçivəsində ixrac etdikləri məhsullara görə etdikləri bütün ödənişləri xaricdəki banklarda saxlaya biləcəklər.

Rusiyada 2022-ci ilin mart ayında ixracatçı şirkətlər xarici valyuta gəlirlərinin 80 faizini satmağa borclu idilər, bundan sonra Rusiya banklarında saxlanılan valyuta gəlirləri üçün məzənnə tədricən sıfıra endirilib. Rusiya şirkətləri hökumətlərarası sazişlər çərçivəsində xaricə əhəmiyyətli miqdarda neft və təbii qaz ixrac edir.