Rusiya Ukraynanın Kaluqa vilayəti üzərində İHA-larla hücum cəhdinin qarşısı alındığını açıqlayıb.
Rusiya Müdafiə Nazirliyi paytaxt Moskvanın qərbindəki Kaluqa bölgəsi üzərində Ukraynanın pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirdiyi hücum cəhdinin qarşısı alındığını açıqlayıb.
Nazirlikdən Ukraynanın 6 PUA ilə hücum cəhdi ilə bağlı verilən açıqlamada, "Kiyev rejiminin bu gecə Kaluqa bölgəsində PUA ilə terror aktı törətmək cəhdinin qarşısı alınıb" ifadələrdən istifadə olunub.
Rusiya hava hücumundan müdafiə sistemlərinin 6 PUA-nın hamısını məhv etdiyi barədə məlumatların paylaşıldığı açıqlamada bloklanan hücum nəticəsində can itkisi və ya tələfatın olmadığı bildirilib.
Kaluqa vilayətinin qubernatoru Vladislav Şapşa da sosial media hesabında hava hücumundan müdafiə sistemlərinin gecə saatlarında bölgənin cənub-qərbində 6 PUA-nı vurduğunu və itki və dağıntı olmadığını bildirib.