ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2020-ci il prezident seçkilərinin nəticələrini öz xeyrinə dəyişməyə cəhd etdiyi iddia edilən “Konqresdə 6 yanvar reydi” araşdırmalarının bir hissəsi olaraq irəli sürülən ittihamlarla Vaşinqtondakı federal məhkəmə binasına gəlib.
Tramp 6 yanvar 2021-ci ildə paytaxt Vaşinqtonda hücumların baş verdiyi Konqres binasının düz yaxınlığındakı Elijah Barrett Prettyman məhkəməsinə daxil olub və burada geniş təhlükəsizlik tədbirləri görüb.
Bugünkü məhkəmə iclası hakim Moxila A.Upadhyaya tərəfindən keçiriləcək, lakin ona ABŞ-ın keçmiş prezidenti Barak Obama tərəfindən təyin edilmiş hakim Tanya Çutkanın sədrlik edəcəyi gözlənilir. Çutkan Konqresə basqın işlərində müttəhimlərə prokurorların təklif etdiyindən daha sərt cəzalar verdiyi məlumdur.
Keçmiş prezidentin bu dəfə şübhəli şəxs qismində gəldiyi paytaxt Vaşinqtonda da təhlükəsizlik tədbirləri gücləndirilib. Kifayət qədər sıx olan mətbuat mənsubları səhər saatlarından məhkəmə binası qarşısında baş verənləri izləyir.