USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya hərbi yaşını artırır

04.08.2023 Siyasət
32 2
2022-ci ilin fevralında Ukraynaya qarşı işğal əməliyyatına başlayan Rusiyada hərbi xidmətə çağırış yaşı 27-dən 30-a qaldırılıb. Hərbi yaşda olanların ölkədən çıxması qadağandır.

Rusiya prezidenti Vladimir Putin ölkəsində və Federal Milli Qvardiya Xidmətində (Rosqvardiya) hərbi xidmətə çağırış prosesi ilə bağlı bir sıra qərarları təsdiqləyib.

Müvafiq olaraq, hərbi xidmətə çağırış yaşı 27-dən 30-a qaldırılıb, 18-30 yaşlı vətəndaşlar isə artıq Rusiyada hərbi xidmətə çağırıla bilərlər. Qərar 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

Putinin təsdiq etdiyi digər qərarlara görə, Rusiyada çağırışçıların xaricə getməsi qadağandır, Rosqvardiya isə bundan sonra ağır hərbi texnika əldə edib istifadə edə biləcək.

Bundan əlavə, Rusiya Fövqəladə Hallar Nazirliyi və müxtəlif təhlükəsizlik bölmələrinə pilotsuz uçuş aparatlarını vurmaq səlahiyyəti verilib.