USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İran Danimarkanın Tehrandakı səfirini çağırıb

07.08.2023 Siyasət
17 15
İran Danimarkanın Tehrandakı səfirini Kopenhagen səfirliyi qarşısında Qurani-Kərimə hücuma görə çağırıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kenani paytaxt Tehranda keçirdiyi mətbuat konfransında gündəmi dəyərləndirib.

Kenani bildirib ki, dünən Kopenhagendəki İran səfirliyi qarşısında İran əsilli Danimarka vətəndaşı tərəfindən Qurana qarşı həyata keçirilən hücumu pisləyib.

Danimarkanın Tehrandakı səfiri Vahrın Qurana edilən hörmətsizlik səbəbilə nazirliyinə çağırıldığını qeyd edən Kenani, İranın bu məsələ ilə bağlı reaksiyasının ona çatdırıldığını bildirib.

Qurana qarşı hörmətsizliyi “sionist layihəsi” kimi gördüklərini ifadə edən Kənani qeyd edib ki, bu fakt bu cinayətlərin və təhqirlərin baş verdiyi ölkələrin hökumətlərinin məsuliyyətini azaltmır.