USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiyadan KKTC qərarı: Konsulluq xidməti göstəriləcək

09.08.2023 Siyasət
26 14
Rusiya səfirliyinin KKTC-nin paytaxtı Lefkoşada konsulluq xidməti göstərəcəyi bildirilib.

Rusiyanın TASS xəbər agentliyi Cənubi Kipr Rum Administrasiyasının (GKİ) səfirliyinin Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) paytaxtı Lefkoşada Rusiya vətəndaşları üçün konsulluq xidmətləri göstərməyə başlayacağını bildirib.

TASS-ın xəbərinə görə, Rusiyanın Kipr Rum Səfirliyindən bir səlahiyyətli, “Çox yaxında Lefkoşanın şimalında konsulluq xidmətləri göstərməyə başlayacağıq. İşlər mütəmadi olaraq həyata keçiriləcək”, - deyə bəyanat verdi.

Sözügedən addımın Rusiyanın Kiprin şimalında yaşayan Rusiya vətəndaşlarına qarşı öhdəliklərinin yerinə yetirilməsi üçün atılacağına işarə edən səlahiyyətli ABŞ, İngiltərə, Almaniya, İtaliya və Fransanın uzun müddətdir Kiprin şimalına konsulluq xidməti göstərdiyini qeyd edib.

ŞKTC-də təxminən 50 min Rusiya vətəndaşının yaşadığı bildirilir.