USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Oliqarxların Baydenin hesabına köçürdüyü pullar açıqlanıb

10.08.2023 Siyasət
0 0
ABŞ Konqresinin Nümayəndələr Palatasının Nəzarət və Hesabat Komitəsinin sədri Ceyms Komer prezident Co Baydenin oğlu Hunter Bayden və onun biznes tərəfdaşlarının Rusiya və Qazaxıstan oliqarxları da daxil olmaqla xarici iş adamları və şirkətlərdən milyonlarla dollar ödəniş aldığını göstərən bank qeydlərini paylaşıb.

Comer, əvvəllər Twitter kimi tanınan X sosial media platformasındakı yazısında Co Baydenin vitse-prezidenti olduğu dövrdə oğlu Hunterin hesabına rus və qazax oliqarxlarından köçürülən pul axınını göstərən bank köçürmələrinin skrinşotları da daxil olmaqla 19 səhifəlik sənəd dərc edib.

Comerin paylaşdığı sənədlərdə, "Vitse-prezident Bayden əhəmiyyətli bir müddət ərzində bu şəxslər və ya onların nümayəndələri ilə şəxsən görüşüb. Onun satdığı yeganə məhsul Joe Biden brendi olub” ifadəsindən istifadə edilib.