İran Cənubi Koreyada dondurulmuş 6 milyard dollarlıq sərvətini istifadəyə verəcək saziş çərçivəsində saxlanılan 5 ABŞ vətəndaşını azad edə bilər.
Məhbuslardan birinin vəkili deyib ki, İran bu plan çərçivəsində ilk addımı ataraq, Tehranın Evin həbsxanasında saxlanılan ABŞ vətəndaşlarından dördünün ev dustaqlığına köçürülməsinə icazə verib. Vətəndaşlardan biri artıq ev dustaqlığında idi.
Reuters-dən qaynaqlanan xəbərdə ABŞ dövlət katibi Antoni Blinken Vaşinqtonda keçirdiyi mətbuat konfransında "Bu insanların kabuslarının sona çatdığına inanıram" desə də, bunun hələ prosesin ilk addımında olduğu barədə xəbərdarlıq edib.
İranın Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndəliyindən verilən açıqlamada ABŞ-ın razılaşma çərçivəsində ABŞ-da saxlanılan bəzi iranlıları azad edəcəyi bildirilib.
Həbsxanadan çıxa biləcək iranlı amerikalılar arasında olan Siamak Namazinin vəkili Jared Genser bildirib ki, digər şəxslər Emad Şərqi və ekoloq Morad Tahbazdır, o da Britaniya vətəndaşıdır.
Sərbəst buraxılan dördüncü ABŞ vətəndaşının və hazırda ev dustaqlığında olan ABŞ vətəndaşının kimliyi açıqlanmayıb.