Rusiya Müdafiə Nazirliyi Qara dənizdəki Ukrayna limanına doğru hərəkət edən quru yük gəmisinə xəbərdarlıq atəşi açıldığını bildirib.
Nazirlikdən verilən yazılı açıqlamada, Rusiyanın “Vasiliy Bikov” patrul gəmisinin Qara dənizin cənub-qərbində Palau bayraqlı “Şükrü Okan” quru yük gəmisini aşkar etdiyi bildirilib.
Gəminin Ukraynanın İzmail limanına doğru hərəkət etdiyinə dair məlumatların yer aldığı açıqlamada, “Quru yük gəmisinin kapitanı qadağan olunmuş yüklərin daşınması üçün yoxlamanın dayandırılması tələbinə cavab vermədi. Rusiya hərbi gəmisi gəmini zorla dayandırmaq üçün avtomatik kiçik silahla xəbərdarlıq atəşi açıb” bəyanatı verilib.
Rusiya Müdafiə Nazirliyinin iyulun 19-da verdiyi açıqlamada Ukrayna limanlarına gedən bütün gəmilərin “potensial hərbi yükdaşıyıcı” kimi qəbul ediləcəyi bildirilib.