USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ-ın keçmiş prezidenti Donald Trampa məhkəmədən yeni ittihamlar

15.08.2023 Siyasət
14 6
ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı Corciya ştatında 2020-ci il seçkilərinin nəticələrinə müdaxilə, o cümlədən “dövlət məmurunun andını pozmağa təhrik”, “yalan bəyanatlar vermək üçün sui-qəsd” və “ştatın antikorrupsiya qaydalarını pozmaq” ittihamı ilə iddia irəli sürülüb.

ABŞ-ın Corciya ştatının Atlanta şəhərində Trampın "2020-ci il prezident seçkilərinin ştatda keçirilən nəticələrinə müdaxilə cəhdini" uzun müddətdir araşdıran Fulton rayon prokurorlarının təqdim etdiyi sübutlar və şahid ifadələrindən sonra keçmiş prezidentə qarşı ittiham açıqlanıb. 41 ittihamın yer aldığı 98 səhifəlik ittihamnamədə Trampa qarşı “dövlət məmurunun andını pozmağa təhrik etmək”, “yalan bəyanat vermək üçün sui-qəsd” və “korrupsiyaya qarşı mübarizə və şantajla bağlı dövlət qanunlarını pozmaq” kimi 13 ittiham irəli sürülüb.

İttihamnamədə Trampdan başqa, vəkilləri, kampaniya qrupunun adları və Ağ Evin keçmiş Aparat rəhbəri Mark Meadouz da daxil olmaqla daha 18 nəfər ittiham olunub.