USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Putin: NATO kosmos və informasiya məkanını işğal etməyə çalışır

15.08.2023 Siyasət
23 9
Rusiya prezidenti Vladimir Putin Beynəlxalq Təhlükəsizlik üzrə XI Moskva Konfransının iştirakçılarına videomüraciət edib.

“NATO-ya üzv ölkələr öz hücum imkanlarını gücləndirməkdə və müasirləşdirməkdə, hərbi qarşıdurmanı kosmosa və informasiya məkanına köçürmək cəhdlərini davam etdirir, hərbi və qeyri-hərbi təzyiq vasitələrindən istifadə edirlər”, - deyə dövlət başçısı bildirib.

Tədbir “Rossiya 24” telekanalı və “Smotrim” media platforması tərəfindən yayımlanır.

Eyni zamanda o, bütün bunların silahlara nəzarət sisteminin məhv edilməsi fonunda baş verdiyini vurğulayıb.

Bu baxımdan, çoxqütblü dünyanın formalaşması kontekstində beynəlxalq təhlükəsizlik üzrə açıq müzakirələr son dərəcə vacibdir, Vladimir Putin qeyd edib.

“Dövlətlərin əksəriyyəti öz suverenliyini və milli maraqlarını, adət-ənənələrini, mədəniyyətini və həyat tərzini müdafiə etməyə hazırdır”, - deyə o xatırladıb və əlavə edib ki, bu, sabit qlobal inkişafın, sosial və iqtisadi problemlərin həllinin əsasına çevrilə bilər.