USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Çindən Səudiyyə Ərəbistanı ilə nəhəng razılaşma

17.08.2023 Siyasət
56 23
Səudiyyə Ərəbistanı ilə Çin arasında 5 milyard riyal (1,33 milyard dollar) dəyərində 12 əməkdaşlıq müqaviləsi imzalanıb.

Səudiyyə Ərəbistanı rəsmi xəbər agentliyinin (SPA) xəbərinə görə, Çinin paytaxtı Pekində Səudiyyə Ərəbistanı-Çin Biznes Forumu işə başlayıb.

Forumda Səudiyyə Ərəbistanından mənzil naziri Məcid əl-Hukayl və Pekindəki səfir Əbdürrəhman bin Əhməd əl-Hərbi iştirak edib.

SPA-ya danışan Hukayl iki ölkə arasında Səudiyyə Ərəbistanında infrastrukturun inkişafı, maliyyə, mənzil və daşınmaz əmlak sahələrində 12 investisiya müqaviləsi imzaladıqlarını və investisiya dəyərinin 5 milyard riyaldan çox olduğunu bildirib.