USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya nüvə silahını təhdidlərə cavab olaraq görür

21.08.2023 Siyasət
5 34
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, çəkindirmə kontekstində nüvə silahına malik olmaq hazırda ölkəsinin təhlükəsizliyinə bəzi böyük xarici təhdidlərə yeganə cavabdır.

Lavrov “Mejdunarodnaya jizn” (“Beynəlxalq həyat”) jurnalına müsahibəsində Rusiyanın nüvə silahı siyasətini, Afrika ölkələri ilə əməkdaşlığı və aktual məsələləri dəyərləndirib.

Son zamanlar Rusiyanın xarici siyasətində nüvə silahının rolu ilə bağlı çox danışıldığını qeyd edən Lavrov, ölkəsinin nüvə silahından mümkün istifadəsinin doktrina sənədlərində müəyyən edildiyinə diqqət çəkib.

Lavrov “ölkənin nüvədən çəkindirmə sahəsində dövlət siyasəti sırf müdafiə xarakteri daşıyır, dövlətin suverenliyi və ərazi bütövlüyünün müdafiəsini təmin etmək, Rusiyaya qarşı təcavüzün qarşısını almaq üçün nüvə enerjisi potensialını minimum səviyyədə saxlamağa yönəlib", - deyə qeyd edib.