USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İran: Həbsxanalarımızda Qərb casusları var

21.08.2023 Siyasət
8 67
İranın kəşfiyyat naziri İsmayıl Hatib ölkəsindəki həbsxanalarda fransız, isveç və ingilis casuslarının saxlanıldığını bildirib.

Tesnim Xəbər Agentliyinin məlumatına görə, Hatib İran İnqilabı Keşikçiləri Korpusunun 24-cü Ali Məclisində çıxış edərək, həbsxanalarda casusluq ittihamı ilə saxlanılan şəxslərlə bağlı açıqlamalar verib.

Hatip, "Bu gün ölkənin kəşfiyyat vahidlərinin Fransa, İsveç, İngiltərə kimi bir çox ölkədən casusları var" dedi.

Edam olunanlar var

İran rəsmisi əsir düşən casuslardan bəzilərinin xarici ölkələrin müqavimətinə baxmayaraq edam edildiyini bildirsə də, həbs olunan xarici casuslar barədə məlumat verməyib.