USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"İctimaiyyət mənim kim olduğumu bilir" - TRAMP

21.08.2023 Siyasət
55 34
ABŞ-ın keçmiş prezidenti Tramp Respublikaçı namizədlər arasında seçki debat proqramlarında iştirak etməyəcəyini açıqlayıb.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp sosial media saytındakı paylaşımında ilk dəfə keçiriləcək Respublikaçı prezidentliyə namizədlərin debat proqramında iştiraka ehtiyac görmədiyini bildirib.

Respublikaçı namizədlərlə keçiriləcək növbəti proqramlara qatılmayacağını qeyd edən Tramp, "İnsanlar mənim kim olduğumu və necə uğurlu prezident olduğumu bilir. Ona görə də bu müzakirə proqramlarına qatılmayacağam" deyib.

Digər tərəfdən, Trampın Respublikaçı rəqibləri keçmiş prezidentin debat şoularında iştirak etməməsinin “özlərini kiçik liqa namizədi kimi göstərmək” cəhdi olduğuna dair narahatlıqlarını ifadə edib.

Namizədlərdən biri, Nyu-Cersi ştatının keçmiş qubernatoru Kris Kristi Trampın “onlara qarşı durmağa cəsarəti olmadığını” iddia edib”.