USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ərdoğan: İnflyasiya vətəndaşlarımızın gündəlik həyatından çıxacaq

22.08.2023 Siyasət
44 29
Prezident Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra mühüm açıqlamalar verib. İnflyasiya ilə bağlı mesaj verən Ərdoğan, “Millətimizin alıcılıq qabiliyyətini artırmaq üçün çox çalışırıq. İnflyasiyanı vətəndaşlarımızın gündəlik həyatından çıxaracağıq. Bütün vətəndaşlarımdan bir az daha səbirli olmalarını, bizə güvənmələrini və dəstək olmalarını xahiş edirik'' dedi.

Prezident Rəcəb Tayyib Ərdoğan, "İqtisadiyyatda müsbət irəliləyişlərin əlamətlərindən biri də Mərkəzi Bankımızın rezervlərindəki güclü artımdır. May ayının sonunda 98,5 milyard dollar səviyyəsində olan ehtiyatlar bu günə kimi 116 milyard dolları keçib" dedi.

Prezident Ərdoğan Prezident Külliyesində Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciət edib.

Hər gün yeni bir qalmaqal, xəyanət və hiylə ilə gündəmə gələn, hətta öz aralarında problemləri həll edə bilməyən “keçmiş süfrə şərikləri” üçün bunun mümkün olmayacağını ifadə edərək, insanların dərdinə şəfa vermənin mümkün olmayacağını, Ərdoğan Türkiyəni 21 ildir içində olduğu bəlalardan xilas edərək Türkiyəni nələrə gətirdiklərinin şahidi millət olduğunu deyib.