USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ vətəndaşlarını "Belarusu dərhal tərk etməyə" çağırır

22.08.2023 Siyasət
31 15
Litvanın Belarusla bəzi sərhəd-keçid məntəqələrini bağladığını qeyd edən ABŞ-ın Minskdəki səfirliyi, “Polşa, Litva və Latviya hökumətləri Belarusla daha çox sərhəd-keçid məntəqələrinin bağlanmasının mümkün olduğunu bildirdilər. Belarusdakı ABŞ vətəndaşları dərhal ölkəni tərk etməlidirlər”, - deyə bəyanat verib.

ABŞ-ın Minskdəki səfirliyindən verilən yazılı açıqlamada Litvanın Belarusla bəzi sərhəd qapılarını bağlamağa qərar verdiyi xatırladılıb.

Belarusla qonşu olan digər Avropa ölkələrinin də oxşar qərarlar ala biləcəyinə diqqət çəkən açıqlamada, “Polşa, Litva və Latviya hökumətləri Belarusla daha çox sərhəd keçidinin bağlanmasının mümkün olduğunu bildirdilər. Belarusdakı ABŞ vətəndaşları dərhal ölkəni tərk etməlidirlər” bəyanatları daxil edilib.

Bəyanatda həmçinin ABŞ vətəndaşlarına Belarusa səfər etməmələri ilə bağlı xəbərdarlıq edilib və ABŞ-ın Minskdəki səfirliyinin ölkədəki ABŞ vətəndaşlarına göstərə biləcəyi yardımın məhdud olduğuna diqqət çəkilib.

Bəyanatda ABŞ vətəndaşlarına Rusiya və Ukraynaya səfər etməmək barədə xəbərdarlıq da yer alıb.