USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Putin Rusiyadan kapital axınına nəzarətin artırılmasını tələb edir

22.08.2023 Siyasət
20 27
Rusiya prezidenti Vladimir Putin son aylarda Rusiya maliyyə bazarlarında artan dalğalanmaların azaldılmasına ehtiyac olduğunu bildirib: “Biz iqtisadiyyatda səmərəsiz və spekulyativ tələbi cilovlamaq, kapital axınına nəzarət etmək və iri bazar iştirakçılarının davranışlarını izləmək üzərində işləməliyik”.

Putin Moskvada Strateji İnkişaf və Milli Layihələr Şurasının iclasında çıxış edib.

Rusiya rublunun Rusiya ixracatındakı payının sürətlə artdığına diqqət çəkən Putin, “Xarici ticarətimizdə rubl və dost valyuta ilə daha çox ödəniş edilir. İxrac ödənişlərində rublun payı son 1,5 ildə üç dəfədən çox artaraq 12%-dən 42%-ə çatıb" dedi.

Büdcə ilə bağlı vəziyyətin ümumilikdə stabilləşdiyini bildirən Putin, “İkinci rübdə federal büdcə kəsiri birinci rüblə müqayisədə demək olar ki, 8 dəfə azalaraq 264 milyard rubl (təxminən 2,8 milyard dollar) təşkil edib. İyul-sentyabr aylarında büdcənin profisitinin olacağı gözlənilir”, - deyə əlavə edib.