USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

BRİKS-in növbəti sammiti 2024-cü ilin oktyabrında Kazanda keçiriləcək

23.08.2023 Siyasət
0 0
2024-cü ildə Rusiya BRİKS-in sədri olacaq.

Moskva bütün səylərini hazırkı sammitin bütün qərarlarının həyata keçirilməsinə və assosiasiyanın nüfuzunun gücləndirilməsinə yönəldəcək. Bunu prezident Vladimir Putin deyib.

Dövlət başçısının çıxışı “Rossiya 24” telekanalı və “Lookout” media platforması tərəfindən canlı yayımlanıb.

Ölkəmizdə 200-ə yaxın siyasi, iqtisadi və ictimai tədbir keçiriləcək. BRİKS sammiti oktyabrda Kazanda təşkil olunacaq.