USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

G7 Şimali Koreyanı qınadı

25.08.2023 Siyasət
0 0
G7 xarici işlər nazirləri Şimali Koreyanın orbitə peyk çıxarmaq cəhdini pisləyib.

G7 ölkələrinin xarici işlər nazirləri və Avropa İttifaqının (Aİ) ali nümayəndəsi Şimali Koreyanın ballistik raket texnologiyasından istifadə edərək orbitə peyk çıxarmaq cəhdini kəskin şəkildə pisləyib.

"Biz Şimali Koreyanın ballistik raket texnologiyasından istifadə edərək sınağını qətiyyətlə pisləyirik", - deyə G7 xarici işlər nazirləri və Aİ ali nümayəndəsinin birgə bəyanatında deyilir.

Sözügedən sınağın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) müvafiq qətnamələrinin pozulması olduğuna diqqət çəkilərək, bu sınağın “regional və beynəlxalq sülh və sabitliyə təhdid” olduğu bildirilib.