USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ukraynadan Moskvaya hücum cəhdi

28.08.2023 Siyasət
0 0
Rusiya Müdafiə Nazirliyi Ukraynanın Moskva və Bryansk vilayətlərinə təyyarə tipli pilotsuz uçuş aparatları (PUA) ilə hücum cəhdlərinin qarşısı alındığını bildirib.

Nazirlikdən verilən açıqlamada, Kiyevin gecə saatlarında PUA-larla Rusiya ərazisinə hücum etməyə cəhd etdiyi, "2 İHA Bryansk vilayətinin hava məkanında hava hücumundan müdafiə sistemi tərəfindən vuruldu" ifadəsi işlədilib.

Nazirliyin digər açıqlamasında qeyd olunub ki, bu gün saat 04.30 radələrində Ukraynanın Moskvaya hücum cəhdinin qarşısı alınıb, Moskva vilayətinin Lyubertsı şəhərinin hava məkanında PUA məhv edilib.

Moskva meri Sergey Sobyanin də sosial media hesabında Lyubertsıda Moskva istiqamətində uçan PUA-nın vurulması nəticəsində insan tələfatının və dağıntıların olmadığını, hadisə yerində fövqəladə hallar xidmətinin işlədiyini paylaşıb.

Digər tərəfdən, aviasiya xidmətlərinə əsaslanan Tass Xəbər Agentliyinin xəbərinə görə, Moskvadakı Vnukovo və Domodedovo hava limanları uçuş və enişləri müvəqqəti dayandırdıqdan təxminən 1 saat sonra fəaliyyətini bərpa edib.