USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İran-İraq sərhədində yeni tədbirlər

29.08.2023 Siyasət
0 0
İraq hökuməti İranla "silahlı strukturların içəri girməsinin qarşısını almaq, onların tərksilah edilməsini və hərbi düşərgələrinin çıxarılmasını təmin etmək" üçün müqavilə imzaladığını açıqlayıb

İraq hökumətinin sözçüsü Bəsim Avvadi rəsmi xəbər agentliyi İNA-ya verdiyi açıqlamada, "İraq olaraq biz İranla silahlı qüvvələrin içəri girməsinin qarşısını alan, onları tərksilah edən, İranın tələbini çatdıran və hərbi düşərgələrini çıxaran müqavilə imzaladıq" deyib.

Sözçü Əvvadi qeyd edib ki, İraq hökuməti imzalanmış razılaşmanı yerinə yetirib.