USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Cənubi Koreya Ukraynaya 393 milyon dollar verəcək

29.08.2023 Siyasət
0 0
Yonhap-ın xəbərinə görə, Cənubi Koreya hökuməti gələn ilin büdcə təklifini açıqlayıb. Cənubi Koreya hökuməti Ukraynaya müxtəlif yardım proqramlarında istifadə etmək üçün 393 milyon dollardan çox vəsaitin ayrılmasını nəzərdə tutan 2024-cü il büdcə təklifini təqdim edib.

Cənubi Koreya hökuməti Ukraynaya müxtəlif yardım proqramlarında istifadə etmək üçün 393 milyon dollardan çox vəsaitin ayrılmasını nəzərdə tutan 2024-cü il büdcə təklifini təqdim edib.

Yonhap-ın xəbərinə görə, Cənubi Koreya hökuməti gələn ilin büdcə təklifini açıqlayıb.

Gələn il büdcədə Ukraynaya dəstək üçün 393 milyon dollar ayrılıb. Bu rəqəm 2023-cü ildə eyni ölkə üçün ayrılan büdcədən 8 dəfə çox idi.

Ukraynaya dəstək üçün ayrılması nəzərdə tutulan büdcənin təxminən 197 milyon dolları humanitar yardıma, 98,3 milyon dolları ölkənin yenidən qurulması layihələrinə, 98,3 milyon dolları isə beynəlxalq təşkilatlara köçürüləcək.