General Brice Oliqui Nguema hərbi karyerası ilə yanaşı, var-dövləti ilə də zaman-zaman gündəmə gəlib. Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP) tərəfindən 2020-ci ildə aparılan araşdırma Nguemanın ABŞ-da dəyəri 1 milyon dollardan çox olan bir neçə mülkə sahib olduğunu ortaya qoyub.
Qabonda hakimiyyəti ələ keçirmiş Respublika Qvardiyasının lideri, general Bris Kloter Oliqui Nguemanın həyatı və karyerası maraq obyektinə çevrilib.
Qabonda səhər saatlarında hakimiyyəti ələ keçirən bir qrup əsgərə başçılıq edən Respublika Qvardiyasının komandanı general Nguema Bonqo ailəsi ilə uzun müddətdir davam edən münasibətinə diqqət çəkib.
Prezident Əli Bonqonun atası və keçmiş prezident Ömər Bonqo ilə eyni ştatda doğulan Nguemanın Bonqo ailəsi ilə uzaq qohum olduğu məlumdur.
Atası zabit olan Nguema Mərakeşin Meknes şəhərindəki Kral Mərakeş Hərbi Akademiyasında hərbi təhsilini başa vurmuş, daha sonra Qabonun ekvatorial cəngəlliklərindəki Komando Təlim Mərkəzini bitirmişdir.