USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bosniya və Herseqovina ilə Türkiyə arasında hərbi əməkdaşlıq planı imzalanıb

31.08.2023 Siyasət
0 0
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda görüşən müdafiə nazirinin müavini Zoran Sajinoviç və Türkiyə səfirliyinin hərbi attaşesi polkovnik Mustafa Sıtkı Tatar Türkiyə ilə Bosniya və Herseqovina arasında 2023-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq planını imzalayıb.

Bosniya və Herseqovina ilə Türkiyə arasında 2023-cü il üçün hərbi əməkdaşlıq planı imzalanıb.

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda görüşən müdafiə nazirinin müavini Zoran Sajinoviç və Türkiyə səfirliyinin hərbi attaşesi polkovnik Mustafa Sıtkı Tatar Türkiyə ilə Bosniya və Herseqovina arasında 2023-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq planını imzalayıb.

Bosniya və Herseqovina Müdafiə Nazirliyindən verilən açıqlamada Sajinoviç və Tatarın iki ölkə arasında indiyədək davam edən hərbi əməkdaşlıqdan böyük məmnunluq duyduqları bildirilib.

Bəyanatda tərəflərin imzalanmış plan çərçivəsində birgə fəaliyyəti daha da artırmaq arzusunda olduqları bildirilib və sözügedən planın gələcək əməkdaşlıq üçün böyük əhəmiyyət kəsb etdiyi qeyd edilib.