USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyə 7,5 milyard avro büdcə ilə Aİ-nin rəqəmsal proqramına qoşulur

01.09.2023 Siyasət
0 0
Türkiyə ümumi büdcəsi 7,5 milyard avro olan Avropa Birliyinin (Aİ) Rəqəmsal Avropa Proqramına qatılacaq.

Aİ Komissiyası Türkiyənin Avropada strateji rəqəmsal imkanların yaradılmasına və rəqəmsal texnologiyaların istifadəsinin genişləndirilməsinə yönəlmiş Rəqəmsal Avropa Proqramına daxil ediləcəyini açıqlayıb.

Açıqlamada, Aİ Komissiyasının Türkiyə ilə proqramda iştirakla bağlı assosiasiya sazişi imzaladığı və müvafiq təsdiq prosesləri tamamlandıqdan sonra sazişin qüvvəyə minəcəyi bildirilib.