USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyə əsas ölkələrdən biri olacaq

04.09.2023 Siyasət
0 0
Yongatek Microelectronics baş direktoru Əli Baran ABŞ-da çox əhəmiyyətli şirkətlərin CEO-larının 21-ci əsrdə çipin neftin yerini alacağını söylədiklərini ifadə edərək, "Bu məsələni Türkiyə üçün bir fürsət hesab edirik" dedi.

Yongatek Microelectronics-in baş direktoru Əli Baran, Kovid-19 epidemiyasından sonra çip tədarükündə qlobal böhran yaşandığına diqqət çəkib:

"Əslində bu böhranın səbəbi ABŞ və Çin arasında çip istehsalı rəqabətidir. Biz bu böhranın başlanğıcında olduğumuzu düşünürük. ABŞ-da çox əhəmiyyətli şirkətlərin baş direktorları deyirlər ki, çip 21-ci əsrdə neftin yerini alacaq. Bu, növbəti dövrdə çip məsələsi ilə formalaşacaq deməkdir. Biz də bu məsələni Türkiyə üçün bir fürsət hesab edirik".