Rusiya Ukraynanın hücum məqsədi ilə göndərdiyi PUA-ların Moskva, Kaluqa və Tver vilayətlərində məhv edildiyini bildirib.
Rusiyanın paytaxtı Moskvaya hücum təşkil etməyi hədəfləyən Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) Moskva, Kaluqa və Tver vilayətlərində vurulduğu bildirilib.
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Kiyevdə Rusiya ərazisindəki obyektlərə gecə və səhər saatlarında təyyarə tipli PUA-larla hücum cəhdinin qarşısı alındığı söylənib.
Açıqlamada, saat 03:00 radələrində Kaluqa vilayətində bir PUA-nın hava hücumundan müdafiə sistemi tərəfindən məhv edildiyi, daha bir PUA-nın isə Moskva vilayətinin İstrinskiy rayonu səmasında məhv edildiyi qeyd edilib.
Açıqlamada Tver vilayətində Ukraynaya məxsus daha bir PUA-nın vurulduğu bildirilib.