USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ermənistan və ABŞ birgə hərbi təlim keçirib

06.09.2023 Siyasət
0 0
Ermənistan və ABŞ gələn həftədən Ermənistanda birgə hərbi təlimlərə başlayacaq.

Kommersant.az xəbər verir ki, “Beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq çərçivəsində Ermənistan və ABŞ sentyabrın 11-dən sentyabrın 20-dək Ermənistanda “QARTAL PARTNER 2023” adlı birgə hərbi təlim keçirəcək”, - deyə Ermənistan Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda təlimin məqsədinin Ermənistan qoşunlarını beynəlxalq sülhməramlı missiyalara hazırlamaq olduğu bildirilsə də, Ermənistan və ABŞ-dan nə qədər əsgərin təlimlərdə iştirak edəcəyi barədə məlumat verilməyib. Ərazidə rus əsgərləri də var. Ermənistanda hərbi bazası olan Rusiya 1991-ci ilə qədər Sovet İttifaqının tərkibində olan Cənubi Qafqaz regionunda özünü mühüm güc kimi görür.