ABŞ-ın keçmiş prezidentlərinin adını daşıyan 13 təşkilat birgə bəyanatla çıxış edərək “əsas prinsiplərə qayıtmağa” çağırıb.
ABŞ prezidentlərinin adını daşıyan 13 təşkilat "dərin" qütbləşmənin ortasında ilişib qalmış ABŞ demokratiyasından narahat olduqlarını bildirən birgə bəyanat dərc ediblər.
İlk dəfə bir araya gələn təşkilatların dərc etdiyi birgə bəyannamədə qanunun aliliyi və inanc müxtəlifliyinə hörmət də daxil olmaqla ölkənin təməl prinsiplərinə qayıtmağa çağırış edilib.
Bəyannamədə tolerantlığın və plüralizmin zəruriliyi vurğulanıb və amerikalılar demokratik təsisatlara hörmətlə yanaşmağa, təhlükəsiz və əlçatan seçkiləri dəstəkləməyə dəvət edilib.
Bəyannamədə demokratiyanın mərkəzində “müzakirələr və fikir ayrılıqlarının” olduğu bildirilib və rəsmilərin və onların ailələrinin ölümlə hədələndiyi bu dövrdə ictimai sahədə dialoqun “kobudlaşdığı” diqqətə çatdırılıb.