Şahbuz rayon icra başçısının müavini işdən azad olunub.
Kommersant.az xəbər verir ki, bununla bağlı Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfail Babayev sərəncam imzalayıb.
Sərəncama əsasən, icra başçısının müavini Tural Quliyev işdən çıxarılıb.
Qeyd edək ki, bundan əvvəl Kəngərli rayon icra başçısının müavini Qurbanova Səriyyə Bağır qızı və Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Təhminə Mustafayeva da işdən çıxarılıb.