Kreml Şimali Koreya lideri Kim Çen Inın Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə yaxın günlərdə Rusiyaya səfər edəcəyini açıqlayıb.
Kreml Şimali Koreya lideri Kim Çen Inın Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə yaxın günlərdə Rusiyaya səfər edəcəyini açıqlayıb. Cənubi Koreya mediası daha əvvəl hökumətdəki adı açıqlanmayan mənbələrə istinadən xəbər vermişdi ki, Kim Putinlə sammitdə görüşmək üçün xüsusi qatarla Rusiyaya gedir.
Kremlin bəyanatında deyilir: “Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Koreya Xalq Demokratik Respublikasının Prezidenti Kim Çen In yaxın günlərdə Rusiya Federasiyasına rəsmi səfər edəcək”.
Putin Şərq İqtisadi Forumunda iştirak etmək üçün bu gün Rusiyanın şərqindəki Vladivostok şəhərinə gəlib.
ABŞ isə Şimali Koreyanın Rusiyaya silah verəcəyindən narahat olduğunu bildirib.