USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanın tarixi qələbəsi - Ağdam – Xankəndi yolu işə düşdü

12.09.2023 Siyasət
0 0
Azərbaycan Qarabağda rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazidə yaşayan ermənilərin ehtiyaclarının qarşılanması üçün təklif etdiyi Ağdam-Xankəndi yolu 30 ildən sonra işə düşdü.

Bu Azəbaycan Prezidenti cənab İlham Əliyevin növbəti qələbəsidir. Çünki Ağdam-Xankəndi yolunun siyasi iradə hesabına açılması güc yolu ilə işə düşməsindən dəfələrlə çətin məsələdir.

Hazırda Ermənistan rəhbərliyi və Qarabağda yaşayan ermənilər bir daha əmin oldu ki, istənilən böyük dövlətin və ya beynəlxalq təşkilatının israrı Azərbaycan Prezidentinin iradəsinə təsir edə bilməz.

Bu iradə isə ilk gündən istənilən ehtiyacın Azərbaycan tərəfi ilə razılaşdırmaqla və məhz Azərbaycanın ərazisindən keçməklə Qarabağa çatdırılmasını tələb edir. Bu tələb isə Azərbaycanın daxili işi və suveren haqqı kimi prinsipial məsələdir.

Ancaq Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən yükün Ağdam vasitəsilə Xankəndinə çatdırılmasına Azərbaycanın dəstək verməsini ermənilər düzgün qiymətləndirməlidir. Onlar anlamalıdır ki, bu imkan Qarabağda yaşayan ermənilərin cəmiyyətimizə reinteqrasiya prosesinə töhfə verən məsələdir.

Digər tərəfdən bu xoş niyyət Bu Ağdam –Xankəndi vı Laçın – Xankəndi yolunun birgə açılması ilə bağlı irəli tələblə qarışdırılmamalıdır. Çünki Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən yükün Ağdam vasitəsilə Xankəndinə çatdırılması individual razılaşmadır. İstənilən halda Laçın keçid-buraxılış məntəqəsində Azərbaycanın gömrük və sərhəd rejiminə əməl olunmalıdır.