USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Vyetnam ABŞ-ın diplomatik statusunu Çinlə eyni səviyyəyə qaldırır

12.09.2023 Siyasət
0 0
ABŞ prezidenti Co Bayden G20 Sammitindən sonra Vyetnama səfər edib. Səfərin ən mühüm hadisəsi Bayden və Vyetnam Kommunist Partiyasının (VKP) baş katibi Nquyen Phu Trongun iki ölkə arasında münasibətlərin səviyyəsini “hərtərəfli strateji tərəfdaşlığa” yüksəltmələri olub.

Bayden əlaqələrin səviyyəsinin yüksəlməsindən məmnun olduğunu bildirib və bunun ABŞ və Vyetnam arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün mühüm addım olduğunu vurğulayıb. Bu şəkildə kritik və inkişaf etməkdə olan texnologiyalar üzrə əməkdaşlığın, xüsusilə daha davamlı çip tədarükü zəncirinin yaradılması istiqamətində dərinləşəcəyini ifadə edən Bayden, "Hər iki ölkə əlaqələri bu nöqtəyə gətirmək üçün böyük səy göstərdi" deyib.

Amerika mətbuatı “Keçmiş düşmənlər dost oldular” manşetləri çıxararkən, İngiltərənin “Financial Times” qəzeti dünən “Çinin regional ambisiyalarının artdığı bir vaxtda ABŞ və Vyetnam “strateji” müqavilə imzaladı” başlığını dərc edib. FT-nin məlumatına görə, Vyetnam bu günə qədər yalnız Çin, Rusiya, Cənubi Koreya və Hindistanla oxşar saziş bağlayıb. Bayden Vyetnamdakı mətbuat konfransında Çini də gündəmə gətirib: “Biz Çinlə soyuq müharibəyə başlamağa çalışmırıq. Məqsəd ABŞ-ın Vyetnam və digər Asiya ölkələri ilə əlaqələrini yaxşılaşdırmaqla dünyada sabitliyi təmin etməkdir.