USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ərdoğanın 'yeni konstitusiya' çağırışı

12.09.2023 Siyasət
0 0
Ulucanlar Həbsxanasında keçirilən Yeni Konstitusiya Simpoziumunda çıxış edən prezident Ərdoğan, “Bütün siyasi partiyalara, vətəndaş cəmiyyətinə və akademik üzvlərinə səslənirəm, gəlin danışaq, müzakirə edək, danışıqlar aparaq ki, ən ideal konstitusiya mətnini tapaq” deyib.

Prezident Rəcəb Tayyib Ərdoğan Ulucanlar Həbsxanasında keçirilən Yeni Konstitusiya Simpoziumunda çıxış edib.

Ərdoğanın çıxışından diqqət çəkən məqamlar:

- Düşdüyü bütün dəyişikliklərlə 'yamaq bağı' halına gələn konstitusiya ilə yaşamağa davam etmək həm siyasət, həm də ölkə üçün daşıması çətin bir yükə çevrilib.

- Biz insana üstünlük verən, millətin rəngarəngliyini, zənginliyini əks etdirən, cəmiyyətdən geri qalmayan, cəmiyyətə dinamizm qatan konstitusiyaya nail olmağı hədəfləyirik.

- Mən bütün siyasi partiyalara, vətəndaş cəmiyyətinə və akademik üzvlərinə səslənirəm, gəlin danışaq, müzakirə edək, danışıqlar aparaq ki, ən ideal konstitusiya mətni tapılsın.

- (Yeni konstitusiya) Parlamentdəki bütün qruplarla danışacağıq, görüşəcəyik. Buna müsbət baxsalar, yolumuza davam edəcəyik. Xalq Alyansı olaraq biz buna hazırıq.

- (Liviyada sel) Türkiyə bu günə qədər Liviya xalqını tək qoymadığı kimi, biz də bu çətin günlərdə bütün imkanlarımızla qardaşlarımızın yanındayıq.

- Birinci mərhələdə üç yük təyyarəmiz yardımla Liviyaya gəldi. Məqsədimiz Liviyanın yaralarının ən qısa zamanda sağalmasını təmin etməkdir.