USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Serbiya və Kosova liderləri görüşəcək

12.09.2023 Siyasət
0 0
Serbiya prezidenti Aleksandr Vuçiç və Kosovonun baş naziri Albin Kurti sentyabrın 14-də Avropa İttifaqının (Aİ) rəhbərlik etdiyi Belqrad-Priştina Dialoqu çərçivəsində Brüsseldə görüşəcəklər.

Serbiya prezidenti Aleksandr Vuçiç və Kosovonun baş naziri Albin Kurti sentyabrın 14-də Avropa İttifaqının (Aİ) rəhbərlik etdiyi Belqrad-Priştina Dialoqu çərçivəsində Brüsseldə görüşəcəklər.

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Xosep Borrelin ofisindən verilən açıqlamada Belqrad-Priştina Dialoqunun yeni iclasının sentyabrın 14-də keçiriləcəyi bildirilib.

Açıqlamada Borrelin iki liderlə görüşündən əvvəl Aİ-nin xüsusi nümayəndəsi Miroslav Layçak ilə fikir mübadiləsi aparacağı qeyd edilib.

Liderlər Kosovonun şimalında artan gərginliyə görə sonuncu dəfə AB-nin dəvəti ilə iyunun 22-də Brüsseldə görüşüblər.