Rusiya prezidenti Putin Rusiyanın Amur vilayətindəki Vostoçnı kosmodromunda Şimali Koreya lideri Kim ilə görüşüb.
Kommersant.az xəbər verir ki, Kremldən verilən açıqlamaya görə, Putin və Kim Rusiyanın Amur bölgəsindəki Vostonçnıy kosmodromunda görüşüb.
Bazada Putin tərəfindən qarşılanan Kim, gərgin iş qrafikinə baxmayaraq, onu Rusiyaya dəvət etdiyi üçün Putinə təşəkkür edib.
Səfərin Şimali Koreya üçün əhəmiyyətli bir tarixə təsadüf etdiyini bildirən Putin, "Sizi görməyə çox şadam. Bu mühüm tədbirlər Cümhuriyyətin qurulmasının 75-ci ildönümü, Böyük Qurtuluş Savaşının 70-ci ildönümü və diplomatik münasibətlərin qurulmasının 75 illiyidir" dedi.
Dövlət başçıları yeni bazanın obyektlərinə baxıb, “Anqara” kosmik raket kompleksinin daşıyıcı aparatının montaj sexinə, “Soyuz-2” kosmik gəmisinin buraxılış kompleksinə və “Anqara” aparatı üçün tikilməkdə olan buraxılış kompleksinə baxıblar.
Putin və Kimin obyektlərə baxışı zamanı Rusiya Federal Kosmik Agentliyinin (Roskosmos) prezidenti Yuriy Borisov və Kosmik İnfrastruktur Əməliyyatları Mərkəzinin baş direktoru Nikolay Nesterçuk təqdimatla çıxış ediblər.
Kim xüsusi qatarla "Vostochnıy" kosmodromunun yerləşdiyi əraziyə gələrək bazaya gedib.
Kosmik bazada yoxlamalardan sonra iki ölkə liderləri onları müşayiət edən nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparıblar.
“Biz Putinin bütün qərarlarını dəstəkləyirik”
Şimali Koreya lideri Kim Putinə “Rusiya ilə əlaqələr ölkəmiz üçün çox önəmlidir. Əminəm ki, biz imperializmlə mübarizədə bundan sonra da birlikdə qalacağıq. Şimali Koreya Putinin bütün qərarlarını dəstəkləyir" deyib.