USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ və Bəhreyn arasında yeni təhlükəsizlik sazişi

14.09.2023 Siyasət
0 0
ABŞ dövlət katibi Blinken və Bəhreyn vəliəhdi Əl Xəlifəyeni yeni strateji təhlükəsizlik və iqtisadi saziş imzalayıblar.

ABŞ dövlət katibi Entoni Blinken və Bəhreyn vəliəhd şahzadəsi Salman bin Hamed Əl Xəlifə ABŞ Dövlət Departamentində görüşüblər.

Blinken və Vəliəhd Şahzadə Əl Xəlifə iki ölkə arasında təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı genişləndirmək məqsədi ilə keçirilən mərasimdə yeni strateji təhlükəsizlik və iqtisadi sazişi imzalayıblar.

Antoni Blinken mərasimdə deyib ki, “Bu müqavilə silahlı qüvvələrimiz arasında koordinasiyanı və kəşfiyyat imkanlarımız arasında inteqrasiyanı gücləndirəcək, həmçinin yaranan təhdidlərə qarşı daha yaxşı mübarizə aparmağa və onlara cavab verməyə imkan verəcək” deyib.