Latviya üzərindən ABŞ-a raket hissələri keçirən Rusiya vətəndaşı 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Rusiyada məhkəmə ABŞ xüsusi xidmət orqanlarının tələbi ilə ABŞ-a raket hissələri göndərən Rusiya vətəndaşını “dövlətə xəyanət”də təqsirli bilib.
Rusiya xəbər agentliklərinin məlumatına görə, Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Sergey Kabanov adlı şəxsin Latviya vasitəsilə Alabama ştatında yerləşən və ABŞ Müdafiə Nazirliyinin nəzarəti altında olan ABŞ şirkətinə hissələri qaçaqmalçılıq yolu ilə keçirdiyini bildirib.
Tver şəhərində məhkəmə tərəfindən təqsirli bilinərək cəzasını ciddi rejimli həbsxanada çəkəcək Kabanovun Rusiyanın hava hücumundan müdafiə raket sistemlərində və radara əsaslanan silah sistemlərində istifadə edilən hissələri qaçaqmalçılıq yolu ilə keçirdiyi bildirilib.