Pentaqonun Şimali Koreya lideri Kim Çen In ilə Rusiya prezidenti Putinin görüşü ilə bağlı verdiyi açıqlamada “Şimali Koreyaya Rusiya ilə silah müqaviləsi bağlamaması barədə xəbərdarlıq edirik” deyilib.
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) mətbuat katibinin müavini Sabrina Sinq Şimali Koreya lideri Kim Çen In ilə Rusiya prezidenti Vladimir Putin arasında keçirilən görüşdən sonra dəyərləndirmələr edib.
Şimali Koreyanın Rusiyaya silah vermə ehtimalı ilə bağlı Sinq, “Biz düşünürük ki, bu səbəbsiz müharibədə Rusiyaya dəstək verən istənilən ölkə Ukraynadakı münaqişəni uzatmaqla yanaşı, bu, günahsız Ukrayna vətəndaşlarını öldürməyə bərabərdir” şərhini edib.
Rusiyanın müdafiə naziri Seyqey Şoyquya Şimali Koreya ilə birgə təlimlərin keçirilməsi ehtimalı ilə bağlı sual verildikdə, Sinq bunun ABŞ-Yaponiya-Cənubi Koreya münasibətlərinə təsir etməyəcəyini deyib.