Rusiya ilə Ukrayna arasında müharibə davam edərkən, ölkələr təkcə cəbhə xəttində deyil, həm də yeni nəsil döyüş maşınlarından istifadə edir. Ukraynanın İHA-nın Moskva və Krıma qarşı hücum cəhdinin qarşısı alındığı açıqlanıb.
Rusiya Müdafiə Nazirliyinin bəyanatında bildirilib ki, Kiyev gecə və səhər Rusiya ərazisindəki obyektlərə hücum etməyə cəhd edib.
Açıqlamada, Rusiyanın hava hücumundan müdafiə sistemləri tərəfindən Krım yarımadasında Moskva vaxtı ilə saat 01.15 radələrində Ukraynaya məxsus 2 PUA-nın, saat 01.45 radələrində isə Moskva vilayətinin İnstrinski rayonu ərazisində 1 PUA-nın məhv edildiyi bildirilib.
Açıqlamada, saat 01.45-20.20 arasında Krım yarımadasının şimal-qərb-şərq sahillərində Ukraynaya məxsus 4 təyyarə tipli PUA-nın vurulduğu bildirilib.