USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

AB-dən Türkiyəyə 400 milyon avroluq yardım

18.09.2023 Siyasət
42 41
Avropa İttifaqı (Aİ) ölkələri mərkəzi Kahramanmaraşda baş verən zəlzələlərə görə Türkiyəyə 400 milyon avroluq yardım göndərməyə razılaşıb.

Aİ-yə üzv ölkələrin nümayəndələrindən ibarət Aİ Şurası Avropa Komissiyasının Türkiyə, İtaliya və Rumıniyaya ümumilikdə 454,8 milyon avroluq təbii fəlakət yardımını təsdiqləməyə razılaşıb.

Yardımın 400 milyonu fevral ayında baş verən Kahramanmaraş mərkəzli zəlzələlərə görə Türkiyəyə gedəcək.

Yardımın 33,9 milyon avrosu 2022-ci ildə quraqlıqdan əziyyət çəkən Rumıniyaya, 20,9 milyon avrosu isə 2022-ci ilin sentyabrında daşqınların dağıntılara səbəb olduğu İtaliyaya göndəriləcək.

Yardım Aİ büdcəsinin həmrəylik və təcili yardım üçün ayrılmış hissəsindən ödəniləcək. Maliyyə yardımı Avropa Parlamenti və Aİ Şurası tərəfindən yekun təsdiqdən sonra veriləcək.